"Leoqrand" Mehmanxanasının sahibi - Mehmanxanada bütün təhlükəsizlik normaları qorunmuşdu
"Leoqrand" Mehmanxanasının sahibi - Mehmanxanada bütün təhlükəsizlik normaları qorunmuşdu

“Mehmanxanada bütün təhlükəsizlik normaları qorunmuşdu və bu baxından mehmanxana heç vaxt cərimələnməyib”,- bu bəyanatı Batumidəki “Leoqrand”  mehmanxanasının sahibi Erol Evgören verdi.

Erol Evgören mehmanxanada ölənlərin ailələrinə başsağlığı bildirdi.

“Ölənlərin ailələrinə baş sağlığı vermək istəyirəm, olanlar üçün çox üzgünəm və onları bugün ziyarət edəcəm” – dedi Erol Evgören.

“Gürcü polisinə və yanğın söndürənlərə təşəkkür edirəm, “Leoqrand”-ın personalı işdən azad olunmayacaq. Mehmanxanada təhlükəsizlik normaları qorunmuşdu. Mehmanxana heç vaxt cərimələndirilməyib. Detallı məlumatı isə, mənim vəkillərim bildirəcəklər” – dedi “Leoqrandın” sahibi.

Batumidəki “Leoqrand” mehmanxanasında baş verən yanğın nəticəsində 10 nəfər həlak oldu.