Vəkil - "Qaleri" gecə klubunun həbs edilən mühafizə xidmətinin rəhbəri susmaq haqqını qoruyur
Vəkil - "Qaleri" gecə klubunun həbs edilən mühafizə xidmətinin rəhbəri susmaq haqqını qoruyur

“Qaleri” gecə klubunun həbs edilən mühafizə xidmətinin rəhbəri Valeri Jamutaşvili susmaq haqqını qoruyur” – bu barədə bəyanatı onun vəkili Xatuna Xurtsilava verdi.

Vəkilin dediyinə görə, Jamutaşviliyə qarşı rəsmi ittiham irəli sürülməyib.

Xurtsilava həmçinin bildirib ki, həbs edilən zaman, Jamutaşvilinin ayağı və əli zərər görüb.

Vəkil bəyan edir ki, kafe “Qalerinin” mühafizə xidmətinin rəhbərini klubdan kənarda həbs etdilər və sonra üstünü yoxladılar.

“Hüquqmühafizəçilər bəyan edirlər ki, müvəkkilimin üstündə böyük miqdarda narkotik maddələri tapıldı, ancaq mənim bu haqda dəqiq məlumatım yoxdur” – dedi Xatuna Xurtsilava.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi “Basiani” və “Qaleri” gecə klublarında keçirilən xüsusi əməliyyat zamanı narkorealizasiya ittihamı ilə 8 nəfəri həbs etdi.