Vaşinqtonda Gürcüstan-ABŞ-ın strateji partnyorluq xartiyası komisiyasının müdafiyə və təhlükəsizlik üzrə işçi qruplarının görüşü keçiriləcək

Vaşinqtonda Gürcüstan-ABŞ-ın strateji partnyorluq xartiyası komisiyasının müdafiyə və təhlükəsizlik üzrə işçi qruplarının görüşü keçiriləcək.

Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşə Gürcüstan tərəfindən Xarici İşlər Nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili və Müdafiyə Nazirinin birinci müavini Lela Çikovani rəhbərlik edəcəklər.

İşçi qrupunda gürcü tərəfindən icraçı və qanunverici iqtidar nümayəndələri iştirak edəcəklər.

Tərəflər Gürcüstanda müdafiyə və təhlükəsizlik sahəsində həyata keçirilən islahatları və bu istiqamətdə  iki tərəfli əməkdaşlıq prioritetlərini müzakirə edəcəklər.

Söhbət həmçinin, Gürcüstanın işğal edilmiş ərazilərinə və regionun təhlükəsizliyinə də toxunacaq.