"Vaşinqton Taims" Qaxarianın iqtisadiyyat və təhlükəsizlik sahəsindəki islahatçı fəaliyyətini xüsusi ilə müsbət dəyərləndirir

Qərb nəşriyyatı “Vaşinqton Taims” Gürcüstanın baş naziri Giorgi Qaxaria haqqında geniş məqalə yayır.

Məqalənin müəllifi yazır ki, ölkəyi Avropa və Avro-atlantik inteqrasiya yoluna qoyan Giorgi Qaxarianın yanında öz xalqı, Amerika və Avropa durmalıdır.

Bununla yanaşı, nəşriyyat baş nazirin bioqrafiyasını təsvir edir və onun iqtisadiyyat və təhlükəsizlik sahəsindəki islahatçı təcrübəsini müsbət dəyərləndirir.

“Giorgi Qaxaria birmənalı olaraq, təsdiqlədi ki, Gürcüstan ABŞ-ın ən yaxın müttəfiqidir və Gürcüstanın Avro-atlantik inteqrasiyasının gücləndirilməsi onun əsas siyasi prioritetdir.

Yeni vəzifəsinə Qaxaria təəssürat verici bir öz-keçmişlə gəldi.

O illər ərzində, beynəlxalq biznesdə işləyirdi, onların arasında Lufthanza da var idi. Daha sonra o siyasətə gəldi və biznes-ombudsmen vəzifəsinə təyin edildi.

Milli Təhlükəsizlik katibi və Daxili İşlər Naziri postlarında işləyərkən, ölkədə həyata keçirilən islahatların keyfiyyətinin təmin edilməsində, onun xüsusi qatqısı olub.

Onun iqtisadiyyat sahəsindəki müvəffəqiyyətli fəaliyətinin nəticəsidir ki, Gürcüstan Dünya Bankının biznesin aparılması və korrupsiya ilə mübarizə reytinqində 6-cı yer tutur” yazır Vaşinqton Post.