Vasil Mağlaperidze - "Teleməktəblə" bağlı qanun dəyişikliyi mütləqdir, çünki kanalın nazirliklə əməkdaşlıq üçün icazəsi olmalıdır
Vasil Mağlaperidze - "Teleməktəblə" bağlı qanun dəyişikliyi mütləqdir, çünki kanalın nazirliklə əməkdaşlıq üçün icazəsi olmalıdır

Maarifləndirmə layihəsi “Teleməktəblə” bağlı qanun dəyişikliyi mütləqdir, çünki kanalın nazirliklə əməkdaşlıq üçün icazəsi olmalıdır, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidze verdi.

Vasil Mağlaperidzenin dediyinə görə, qanunvericilikdə dəyişikliyin komersiya ilə əlaqəsi yoxdur. Bu dəyişiklik mədəniyyət və təhsil sahələri və gələcək nəslin böyüdülməsi, inkişafı üçündür.

Gürcüstanın Birinci Kanalının baş direktorunun məlumatına görə, payız ayından “Tele-məktəbə” önəmli funksiyalar əlavə ediləcək.

Teleməktəb” maarifləndirmə layihəsi ilə bağlı “Yayımçılar haqqında qanuna” dəyişikliklər əlavə ediləcək.

Qanunlayihədə qeyd olunur ki, dəyişiklik qanun həmin normasına daxil edilir, hansı ki, inzibati orqan, siyasi partiya, hərhansı vəzifəli şəxs və ictimai xidmət tərəfindən yayımçının maliyyələşdirlməsini qadağan edir.

Qanuna bir istisna əlavə edildi və beləliklə, bu qanun maarifləndirmə və mədəniyyət proqramlarına aid olmayacaq.

“Fövqəladə vəziyyətin başa çatmasından sonraki müddətdə “Teleməktəb” və digər bənzər maarifləndirmə və həmçinin, mədəniyyət verlişlərinin ictimaiyyətə təqdim edilməsi üçün İctimai Yayımçı və Təhsil Nazirliyi arasında əməkdaşlıq zəruridir.

Bunun üçün isə, yeni qanunvericilik əsaslarının yazılması və həmçinin qanun baryerlərinin qaldırılması lazımdır. Çünki “Yayımçılar haqqında” qanuna əsasən, inzibati orqan, siyasi partiya, vəzifəli şəxs və ictimai xidmət tərəfindən yayımçının maliyyələşdirlməsini qadağan edilir.

Maarifləndrimə və mədəniyyət proqramlarının ictimaiyyətə təqdim edilməsi və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bu proqramlara dəstəyi üçün əlavə istisnaların müəyyənləşdirilməsi zəruridir ki, qeyd olunan məhdudiyyət bu cür proqramlara yayılmasın” – deyilir qanunlayihədə.

Dəyişikliklərin müəllifi Təhsil Nazirliyidir. Təşəbbüskarı isə, iqtidar.