Vasil Mağlaperidze - Əminəm ki, əhaliyə doğru məlumat çatdıracağıq və seçkiləri layiqli şəkildə işıqlandıracağıq
ATƏT-in müşahidəçi missiyasının nümayəndələri Gürcüstanın Birinci Kanalının menecmenti ilə tanışlıq xarakterli görüş keçirdilər.
Görüşdən sonra Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze bəyan etdi ki, söhbətin əsas mövzusu parlament seçkiləri, seçkilərdə medyanın mövqeyi və medyanın fəaliyyət göstərdiyi qanun çərçivələri idi.
“Biz qonaqlara bildirdik ki, İctimai Yayımçı parlament seçkiləri üçün hazırdır. Bununla yanaşı, müşahidəçi missiyanın nümayəndələrinə seçki prosesinin işıqlandrırılmasına daxil edilən konkret mexanizmləri təqdim etdik” – dedi Vasil Mağlaperidze.
“Yenədə hərşeydən əsas jurnalistlərin obyektiv olmaq istəkləridir. Əminəm ki, əhaliyə doğru məlumat çatdıracağıq və seçkiləri layiqli şəkildə işıqlandıracağıq” – dedi Vasil Mağlaperidze.