Varketilidə çoxfunksiyalı rekreasiya zonaları  təşkil olunur
Varketilidə çoxfunksiyalı rekreasiya zonaları  təşkil olunur

 

 Samqori Qamqeobası rayonda istirahət məkanlarının təşkilini aktiv şəkildə davam etdirir.Tbilisi Meriyasının Mətbuat  Xidmətindən verilən məlumata əsasən,Varketilinin ikinci  və üçüncü  mikrorayonlarında iri miqyaslı layihələr həyata keçirilir.

 Onların sözlərinə görə, ikinci mikrorayonda Qaxokidze küçəsindən Aleksidze küçəsinə qədər və üçüncü mikrorayonda N312 binadan  N179 ictimai  məktəbinə qədər, ümumi  sahəsi 28.950 kv.m ərazidə  çoxfunksiyalı istirahət(rekreasiya)  zonaları təşkil ediləcək.

Samqori rayonunun qamqebelisi  Kaxa Samxaradze müavini,Soso Burduladze ilə birlikdə aparılan işləri  nəzərdən keçirib.

„Layihələrin həyata keçirilməsi üçün Samqori Qamqeobasının büdcəsindən  1544 316 lari  ayrılıb.İşləri Qamqeobanın  sifarişi ilə,Kartli şirkəti   həyata keçirir.Rekreasiya zonaları  cari ayın sonu üçün açılacaq“,- deyə Tbilisi Meriyasından bildirilib.

Hazırladı-Sevinc Mustafayeva