Samqori rayonunda, Varketili dərəsində yeni rekreasiya zonası yaradılacaq, – bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze bugünki paytaxt höküməti iclasında verdi.
Mer qeyd etdi ki, üç hektarı əhatə edən park ərazisində passiv və aktiv istirahət zonası tikiləcək.
“Layihə işləmlərinin birinci mərhələsi başa çatıb. Bir aydan sonra tender elan edəcəyik və bu layihəyi həyata keçirən qalib şirkət bəlli olacaq. Parkda müxtəlif atraksiyonlar, idman meydanları, açıq amfiteatr, fontan, heyvanların gəzdirilməsi üçün yer, skeitpark və velosiped yolu olacaq. Düşünürük ki, yayın sonuna qədər layihənin həyata keçirilmə prosesi başlayacaq.” – dedi Kaxa Kaladze.