Vaxtanq Qomelauri - Pasxa Bayramına qədər iki həftə var, hansı forma və nə cür keçirilməsi barəsində bir razılığa gələcəyik
Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan edir ki, Paxsa Bayramı ilə bağlı konkret plan bu mərhələdə razılaşdırılmayıb.
Onun dediyinə görə, hökumət Patriarxlıq ilə koordinasiyadadır.
“Hamımız Patriarxlıq ilə koordinasiyadayıq, yalnız Daxili İşlər Nazirliyi deyil, bütün hökumət. Müxtəlif istiqamətləri müzakirə etdik.
Pasxa Bayramı gəlir, hələ iki həftə var. Hər şeyin hansı forma və nə cür keçirilməsi barəsində bir razılığa gələcəyik”, – Qomaluri jurnalistlərə bəyan etdi.