İrakli Ğaribaşvili - öz idarəsini effektli idarə edən Qomelauriyə tam dəstək, hər bir polis işçisinə tam dəstək
Öz idarəsini effektli idarə edən Qomelauriyə tam dəstək, hər bir polis işçisinə tam dəstək, bu tribunadan səmimi təşəkkürümü bildirmək istəyirəm, – bu barədə Gürcüstan baş nazirliyinə namizəd, İrakli Ğaribaşvili Parlamentdə “Gürcü Arzusu” üzvləri qarşısında niqtlə çıxış edərkən bəyan etdi.
Ğaribaşvilinin dediyinə görə, polis işçiləri 24 saat ərzində vətəndaşların təhlükəsizliyi qayğısına qalırlar.
“İlk növbədə onunla başlamaq istəyirəm ki, öz idarəsini effektli idarə edən cənab Qomelauriyə tam dəstək. Hər bir polis işçisinə tam dəstək. Bu tribunadan səmimi təşəkkürümü bildirmək istəyirəm. Mən bilirəm polisin işi nə deməkdir. Dostlar, polis işçisi qəramandır. Polis işçiləri 24 saat ərzində bizim vətəndaşların, bizim övladlarımızın, ailə üzvlərinin təhlükəsizliyi qayğısına qalırlar. Onun qayğısına qalırlar ki, təhlükəsiz yata bilək. “Milli Hərəkat” tərəfindən aparılan dövlətə qarşı kampaniya qəbuledilməz və yolverilməzdir. Buna görə, bu xaos başa çatmalıdır. Cənab Vaxtanq sizə tam dəstək! Hər bir polis işçisinə tam dəstək və bir daha hər şey üçün təşəkkürlər”, – Ğaribaşvili bəyan etdi.