Vaxtanq Maxaroblişvili - Nümayəndələr palatasının sənədi Gürcüstanın işğal edilən ərazilərinin qondarma hakimiyyəti ilə münasibəti olan hər bir ölkəyə və beynəlxalq təşkilata qarşı sanksiyalar tətbiq edir
ABŞ Nümayəndələr palatasının sənədi Gürcüstanın işğal edilən ərazilərinin qondarma hakimiyyəti ilə münasibəti olan hər bir ölkəyə və beynəlxalq təşkilata qarşı sanksiyalar tətbiq edir, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vaxtanq Maxaroblişvili verdi.
Onun dediyinə görə, sənəddə necə Gürcüstanın işğal mövzusu, eləcədə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü haqqında söhbət aparılır.
Yəni, Gürcüstanın işğal altındaki əraziləri olan – Sxinvali və Abxaziya regionlarının qondarma işğal rejimi ilə hərhansı münasibətdə olan hər bir ölkəyə və beynəlxalq təşkilata qarşı müəyyən sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, ABŞ-ın nümayəndələr palatasının assiqnasiyalar komitəsi Xarici Əməliyyatların Maliyyələşdirilməsi haqqında 2021-ci fiskal ili üçün qanun təqdim etdi və sənəddə Gürcüstanın ərazi bütövlüyünün dəstəyi ilə bağlı da söhbət aparılır.