Vaxtanq Qomelauri - Mobil aplikasiya yaratmağa çalışırıq, hansı ilə vətəndaşlar patrul polisinə yol hərəkətləri qaydalarının pozulması haqqında məlumat çatdıra biləcəklər
Vaxtanq Qomelauri - Mobil aplikasiya yaratmağa çalışırıq, hansı ilə vətəndaşlar patrul polisinə yol hərəkətləri qaydalarının pozulması haqqında məlumat çatdıra biləcəklər

Patrul ekipajlarının artırılmasını planlayırıq, – bu bəyantı Gürcüstanın Daxili İşlər Naziri namizədi Vaxtanq Qomelauri bugün parlamentdə çıxış edərkən verdi.

Vaxtanq Qomelaurinin dediyinə görə, patrul polisinin servisinə əlçatması çətin olan regionlar üçün xüsusi ekpress mobil aplikasiyalar yaradılacaq.

“Mobil aplikasiya yaratmağı planlayırıq, hansı ilə vətəndaşlar patrul polisinə yol hərəkətləri qaydalarının pozulması haqqında çox asan şəkildə, məlumat çatdıra biləcəklər” – dedi Qomelauri.

Vaxtanq Qomelauriyi parlamentin dörd komitəsinin birləşmiş iclasında, yeniləşdirilmiş hökümət tərkibinin nazir namizədi olaraq, dinləyirlər.

“Milli Hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının üzvləri etiraz əlaməti olaraq, komitə iclaslarında iştirak etmirlər.