Vaxtanq Qomelauri - Kiberhücum hər yerdə baş verir, inkişaf etmiş ölkələrin ali strukturlarının veb-səhifələri də kiberhücuma məruz qalırlar
Vaxtanq Qomelauri - Kiberhücum hər yerdə baş verir, inkişaf etmiş ölkələrin ali strukturlarının veb-səhifələri də kiberhücuma məruz qalırlar

Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin bəyanatına görə, kiberhücum bu gün bütün dünyanın qarşısında duran bir problemdir.

Qomelaurinin dediyinə görə, bu məsələ ilə bağlı, o rəsmi şəxslərin məsuliyyətə cəlb olunması gərəkdiyini düşünmür.

Nazirin dediyinə görə, məsələ ilə bağlı istintaq aparılır və nəticələri yaxın zamanda məlum olacaq.

“Kiberhücum baş verdi və Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti ilə bu məsələnin istintaqında birgə əməkdaşlıq edir. Həmçinin, bizə xarici partnyorlarımız da yardım edirlər.

Sistemin kifayət qədər müdafiyəli olub-olmadığına gəlincə isə, deyə bilərəm ki, bizdən dəfələrlə daha inkişaf etmiş ölkələrin ali strukturlarının veb-səhifələri də kiberhücuma məruz qalırlar” – dedi Vaxtanq Qomelauri.