Vahid Milli İmtahanlar başladı
Vahid Milli İmtahanlar başladı

 

Ümumi Gürcüstan miqyasında açılmış 22 imtahan mərkəzində abituriyentlərin qeydiyyata alınması prosesi saat 08:00-da, imtahanlar isə saat 09:00-da gürcü dili və ədəbiyyatı imtahanı ilə başladı.

Milli İmtahan Mərkəzinin verdiyi məlumata əsasən, gürcü dili və ədəbiyyatı imtahanının birinci sessiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlərin 94%-dən çoxu imtahana gəlib, iki abituriyent gecikib.

İkinci sessiya üzrə qeydiyyat bütün imtahan mərkəzlərində saat 14:00-da başlayacaq və bir saat ərzində davam edəcək.