Ursula Fon Der Layen Giorgi Qaxariya ilə söhbəti zamanı COVID-19 pandemiyası ilə mübarizə istiqaməti ilə Gürcüstan hökumətinin atdığı addımlarına yüksək dəyərləndirmə verdi
Ursula Fon Der Layen Giorgi Qaxariya ilə söhbəti zamanı COVID-19 pandemiyası ilə mübarizə istiqaməti ilə Gürcüstan hökumətinin atdığı addımlarına yüksək dəyərləndirmə verdi

Ursula Fon Der Layen COVID-19 pandemiyası ilə mübarizə istiqaməti ilə Gürcüstan hökumətinin atdığı addımlarına yüksək dəyərləndirmə verdi, – bu barədə Avropa Komissiyasının prezidenti Gürcüstanın baş naziri, Giorgi Qaxariya ilə keçirilən videokonfransı zamanı bəyan etdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət pandemiya ilə mübarizə baxımından həyəta keçirilən tədbirlərə və Avropa İttifaqı və Gürcüstanın bu istiqamətlə birgə həyata keçirdikləri tədbirlərə aid oldu.

Elə onların məlumatına görə, hökumət başçısı Avropa İttifaqına Gürcüstana ayrılan əhəmiyyətli maliyyə yardımı üçün minnətdarlığını bildirdi.

Ursula Fon Der Layen qeyd etdi ki, Arvopa İttifaqı hazırdır gələcəkdə də Gürcüstana dəstəyini davam etdirsin.

Videokonfrans zamanı Gürcüstanın işğal olunmuş ərazilərdə mövcud duruma xüsusi diqqət yetirildi. Baş nazir Avropa Komissiyasının prezidentinə təffərüatlı məlumat çatdırdı ki, bütün dünyanın pandemiya ilə mübarizə apardğı zaman, işğal qüvvələri üzdəniraq borderləşdirmə prosesini həyata keçirirlər

Avropa Komissiyasının prezidenti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə Avropa İttifaqının dəstəyini bir daha təsdiq etdi.

Videokonfrans zamanı tərəflər həmçinin aossiasiyanın gündəminin implementasiyası barəsində də söhbət etdilər.