Ürəyindən əməliyyat olunan səkkiz aylıq Ukrayna vətəndaşı Jo Ann Klinikasından evə buraxılıb
Ürəyindən əməliyyat olunan səkkiz aylıq Ukrayna vətəndaşı Jo Ann Klinikasından evə buraxılıb

 
Jo Ann Universitet Xəstəxanasında ürəyindən əməliyyat olunan səkkiz aylıq Ukrayna vətəndaşı evə buraxılıb.
Bu barədə klinika məlumat yayır.

Onların verdiyi məlumata əsasən, Jo Ann Universitet Xəstəxanasının tibb işçiləri Ukraynaya həmrəylik əlaməti olaraq , pasiyenti Gürcüstan və Ukrayna bayraqları ilə yola salıblar.

Ailə müharibədən əvvəl Gürcüstanın Batumi şəhərinə gəlib və hərbi əməliyyatlar səbəbindən geri qayıda bilməyib. Mart ayında Kiyevdə edilməsi planlaşdırılan əməliyyat müharibə səbəbindən baş tutmayıb və Jo Ann Universitet Xəstəxanasında tibbi xidmət göstərilib. Pasiyent əməliyyatdan sonrakı iki həftə ərzində xəstəxanada qalıb. Jo Ann Universitet Xəstəxanası bütün xərcləri öz üzərinə götürüb.