Universitet klinikasına Marneulidən vəziyyətləri ağır olan iki pasiyent gətirildi
Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Lali Turdzeladzenin bəyanatına görə, klinikada hazırda 73 pasiyent var.
Onların arsında 19 nəfərin koronavirusu artıq təsdiqlənib.
Turdzeladzenin dediyinə görə, Marneulidən gətirilən iki qadın pasiyentinin koronavirus diaqnozu, klinikaya gətirilənə qədər, təcili test aparatı ilə müəyyən edilmişdi.
Turdzeladzenin dediyinə görə, iki qadından birinin vəziyyəti çox ağırdır.
Xatırladaq ki, rəsmi göstəricilərə görə, hazırda Gürcüstanda laboratoriya nəticələri ilə təsdiq olunan 110 koronavirus halı var. Onlardan 21 pasiyent sağalıb.