Marneulinin Mareti kəndində koronavirusun üç halı təsdiq olundu
Marneulinin Mareti kəndində koronavirusun üç halı təsdiq olundu

Marneulinin Mareti kəndində koronavirusun üç halı təsdiq olundu. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Marneuli Meriyasında təsdiq etdilər. Mareti kəndində bu koronavirusun ilk halıdır.

Maretidə Acaradan təbii fəlakat zamanı məskunlaşdırılmış insanlar yaşayırlar.

Gürcüstanda koronavirusun 11 yeni halı təsdiq olundu. 19 pasiyent sağaldı. Koronavirusun 11 yeni halından səkkizi Saburtalo klasterindəndir, üçü isə, Marneuli munisipalitetinin Mareti kəndindəndir.