Koronavirusun yeni hallarından biri Marneulidə qeydə alınır
Koronavirusun yeni hallarından biri Marneulidə qeydə alınır

Marneuli sakinində koronavirus təsdiq olundu. Qeyd olunan Gürcüstanda təsdiq olunmuş 188 hala daxildir.

Marneuli “Geo Hospitalında” açıqladıqlarına görə, pasienti klinikaya dünən koronavirusa bənzər simptomlarla daxil etdilər.

Ona test elə dünən edildi və cavab müsbət çıxdı. Həkimlərin məlumatına görə, pasientin sağlamlıq durumu sabitdir.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, pasienti təcili tibbi yardım Tbilisi Birinci Universitet Klinikasına gətirdi.

Dünən “Geo Hospitalda” test cəmi altı nəfərə eildi və buradan koronavirus yalnız birində təsdiq olundu.