Şota Rexviaşvili - Bolnisidə virusa yoluxanlardan biri koronavirus ilə həlak olan qadının həyat yoldaşıdır
Şota Rexviaşvili - Bolnisidə virusa yoluxanlardan biri koronavirus ilə həlak olan qadının həyat yoldaşıdır

Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili bəyan edir ki, Kvemo Kartlidə koronavirusun iki yeni faktı təsdiq oldundu.

Onun qeyd etdiyinə görə, faktın biri həlak olan qadının 87 yaşlı həyat yoldaşıdır, o da Kvemo Bolnisidəndir və ailə klasteridir.

“Bildiyimə görə, onun xroniki xəstəlikləri də var. İkincisi Marneulinin Kirəç-Muğanlı kəndindən olan qadındır. Bu kənd Azərbaycan sərhədinə yaxın olan kənddir. Onun 13 martda Azərbaycan sərhədini keçdiyi qeydə alınır. Sonra müşahidə altında idi. Onunla 25 kontakt aşkar edilib.

Rustavidə artım yoxdur. Müalicə olunanların prosesi normal dinamika ilə gedir. İzolasiyada olan insanlarda 12 gündür heç bir simptom yoxdur. Bölgəmizdə 9 tibb müəssisəsi, 60 nəfəsalma aparatı, 68 boks mövcuddur. Müraciət təqdirində tamamilə hazırıq”, – Şota Rexviaşvili bəyan etdi.