Gürcüstanda təsdiq olunmuş koronavirusun yeni hallarından ikisi Marneuli "Geohospitalının" pasientidir
Gürcüstanda təsdiq olunmuş koronavirusun yeni hallarından ikisi Marneuli "Geohospitalının" pasientidir

Marneuli “Geohospitalında” olan iki pasientdə koronavirus təsdiq olundu. Qeyd olunan pasientlər Gürcüstanda təsdiq olunan 110 hala daxildilər.

Onlara test dünən gecə edildi. Cavab isə, bu gün Luqar Laboratoriyasından gəldi. Pasientlərin indi Tbilisiyə gətirilməsi üçün hazırlaşırlar.

Həkimlərin məlumatına görə, hər iki pasientin temperaturu və ikitərəfli pnevmoniyası var.

Klinikada aşıqladıqlarına görə, xəstəxanada olan başqa pasientlərin durumu sabit və qənaətbəxşdir.