"Mtavari Arixi"-nin respodentləri sanki deyiblər ki, ailə üzvlərinin vəfat etməsi səbəbi olaraq koronavirusun adlandırılması müqabilində onlara pul təklif ediblər, inkar edirlər
"Mtavari Arixi"-nin respodentləri sanki deyiblər ki, ailə üzvlərinin vəfat etməsi səbəbi olaraq koronavirusun adlandırılması müqabilində onlara pul təklif ediblər, inkar edirlər

“Mtavari Arixi” teleşirkətinin efirində koronavirus mövzusunda efirə çıxan süjetdən sonra, kanalın respodentlərini DTX-yə sorğuya çağırdılar.

Reportaja əsasən, Ərkinaz Quliyeva və Zanura Talıbova deyirdilər ki, ailə üzvlərinin vəfat etməsi səbəbi olaraq koronavirusun adlandırılması müqabilində onlara hakimiyyət nümayəndələri 10 min ları təklif etdilər.

DTX-də Ərkinaz Quliyeva və Zanura Talıbovanın dindirilməsi iki saatdan artıq davam etdi. Dindirilmədən çıxdıqdan sonra onlar bəyan etdilər ki, kanal onların şərhlərinin tərcüməsini eybəcərləşdirdi.

Respodentlərdən biri, Ərkinaz Quliyeva deyir: “evimizə heçkim gəlməyib və heçnə təklif etməyib. Jurnalist gəldikdə konkret olaraq soruşdu, meriyadan kimsə gəlibmi və pul təklif edibmi? Dedim ki, nə meriyadan və nə də polisdən kimsə gəlməyib. Onu da dedim ki, ailə üzvümüz ürək səbəbindən vəfat etdi. Səkkiz il özünü pis hiss edirdi. Altı il Ukraynada müalicə olunurdu”.

Daha bir respodentin, Zanura Talıbovanın vəkili, Əli Bədirovun dediyinə görə, tərcümədə müəyyən səhvlərin olması mümkündür. Çünki onun ailə üzvü üçün, qohumları üçün bənzər təklif olmayıb və bu barədə məlumatları da yoxudur.

İş üzrə istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi ilə aparılır və sabotajı nəzərdə tutur.