Ümumtəhsil müəssisəsinin binalarında dövlət bayrağının qaldırılması məcburi oldu
Ümumtəhsil müəssisəsinin binalarında dövlət bayrağının qaldırılması məcburi oldu. Parlamentin mətbuat xidmətinin məlumatına görə, “Gürcüstanın Dövlət Rəmzlərindən istifadə qaydası haqqında” qanuna dəyişikliyi üçüncü və yekun oxunuşda 87 deputat dəstəkləyib.
Dəyişikliyə əsasən, ümumtəhsil müəssisəsinin/məktəbin binalarında, həmçinin Gürcüstan qanunvericiliyinə uyğun olaraq təsis edilmiş, məktəbəqədər təlim-tərbiyə və təhsil xidməti göstərən hüquqi şəxsin binalarında Gürcüstanın dövlət bayrağının daimi olaraq qaldırılması məcburi olub.
Parlamentin üzvü, deputat Kaxa Kaxişvili parlamentin plenar iclasında sözügedən qanun dəyişikliyindən danışıb.
Dəyişikliyə əsasən, bəhsi keçən müəssisələrdə Gürcüstan himninin mətninin görünən yerdə yerləşdirilməsi də məcburi olub.