Ukraynanın şəhərlərində hərbçilərin tərxis olunmasını dəstəkləyən nümayişlər keçirilib
Ukraynanın şəhərlərində hərbçilərin tərxis olunmasını dəstəkləyən nümayişlər keçirilib

Ukrayna şəhərlərində hərbçilərin tərxis olunmasını dəstəkləyən nümayişlər keçirilib.

Bu tələblə aksiya Kiyev, Odessa, Vinnitsa, Sumı, Krivoy Roq, Ternopol, Zaporojya və digər şəhərlərdə keçirilib.

Hərbçilərin ailə üzvləri Ukrayna hökumətini səfərbərdə orduda xidmət üçün xüsusi şərtlər hazırlamağa çağırıblar. Onlar orduda rotasiya və 18 aylıq xidmətdən sonra tərxis olunma haqqında qanunun qəbulunu tələb ediblər.

Mitinq iştirakçıları bildiriblər ki, hərbçilərin mənəvi və fiziki vəziyyəti ağırdır, çünki son 18 ayda onların çoxu istirahətsiz şəkildə cəbhədə olub.