Ukraynanın ombudsmanı Gürcüstan hakimiyyətindən Mixeil Saakaşvilinin yanına buraxılmasını xahiş edir
Ukraynanın ombudsmanı Gürcüstan hakimiyyətindən Mixeil Saakaşvilinin yanına buraxılmasını xahiş edir

 

Ukraynanın ombudsmanı Gürcüstan hakimiyyətindən Mixeil Saakaşvilinin yanına buraxılmasını xahiş edir. Bu barədə Dmitro Lubinets “Telegram” səhifəsində yazır.

Lubinets bildirib ki, Saakaşvilinin səhhəti xeyli pisləşib və bu səbəbdən Saakaşvilinin həyatının təhlükədə olmadığından şəxsən əmin olması zəruridir.

“Hakimiyyəti məni hazırda “Vivamed” tibb mərkəzində olan Ukrayna vətəndaşını ziyarət etmək üçün icazə verməyə çağırıram. Saakaşvilinin indi düşdüyü kritik vəziyyət narahatlıq doğurur. Bu səbəbdən gürcü tərəfi ona lazımi tibbi yardım göstərilməsini və tibb müəssisəsində müvafiq yaşayış şəraitinin yaradılmasını təmin etməli və ya onun Avropa və Amerika tibb müəssisəsinə köçürülməsinə şərait yaratmalıdır” -deyə Ukraynanın ombudsmanı yazır.