Ukrayna veb-səhifəsi telefon söhbəti yayır, hansında Mixeil Saakaşvili və Zurab Adeişvili Giorgi Qabunia haqqında danışırlar
Ukraynanın obozrevatel.com veb-səhifəsi Ukraynada İslahatlar Komitəsinin sədri Mixeil Saakaşvili və Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvili arasında aparılan telefon söhbətin auidio-yazısını yayır, hansında onlar “Mtavari” kanalının aparıcısı Giorgi Qabuniya haqqında danışırlar.
“Nika Qvaramia beynini uçurdmuş, xəstə bir oğraşdır, bütün hərşeyi məhv etdi” – deyir audio-yazıda Mixeil Saakaşvili.
Audio-yazıda deyilir ki, Nika Qvaramianın sinirləri dayanmadı, onunun sözünü dinləmədi və Ukraynanın xüsusi xidmətləri haqqında söz etdi, ancaq bunu etməməliydi.
Həmin audio-yazıda Mixeil Saakaşvili Giorgi Qabuniyayı “qorxaq” adlandırır.
Obozrevatel.com veb-səhifəsi isə, audio-yazı ilə bağlı yazır:
“Mixeil Saakaşvilinin Giorgi Qabunianın qətlə yetirilməsi planı haqqında məlumatı var idi mi? Elə çıxır ki, var idi! Bu telefon söhbətində görünür ki, Mixeil Saakaşvili və həmçinin ona aid olan “Mtavari” telekanalının direktoru Nuka Qvaramia jurnalist Giorgi Qabunianın öldürülməsi planı haqqında bilirdilər və bunu Gürcüstan iqtidarına bildirmirdilər və beləliklə, qətli planlayanların üstünü qapadırdılar”.
Xatırladaq ki, Mixeil Saakaşvili və Zurab Adeişvili Gürcüstan hüquqmühafizə orqanları tərəfindən axtarışdadırlar.