Ukrayna və Gürcüstan arasında İD kartlarla gediş-gəliş martın 1-dən mümkün olacaq

Ukrayna və Gürcüstan vətəndaşları arasında İD kartlarla gediş-gəliş cari ilin mart ayından mümkün olacaq.

Bu barədə məlumatı Ukraynanın Xarici İşlər Nazirliyi sosiyal şəbəkə Facebook-da yayır.

Ukrayna və Gürcüstan vətəndaşları bir-birilərinin ərazilərində vizasız 90 gün ərzində qala bilərlər.

İD kartlarla gediş-gəliş haqqında razılaşma Ukrayna və Gürcüstan arasında keçən ilin oktyabr ayında formalaşdı.