Ukrayna hökuməti Gürcüstan ilə azad ticarət razılaşmasına dəyişikliklərin edilməsi proseduruna başladı
Ukrayna hökuməti Gürcüstan ilə azad ticarət razılaşmasına dəyişikliklərin edilməsi proseduruna başladı

Ukrayna hökuməti Gürcüstan ilə azad ticarət razılaşmasına dəyişikliklərin edilməsi proseduruna başladı. Bu barədə məlumatı “Evropeyskaya pravda” Ukrayna nəşri, Ukrayna İştisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən yayır.

İdarənin məlumatına görə, yanvarın 16-da Ukrayna hökuməti, baş nazirin birinci müavininə, Stepan Kubivə həvalə etdi ki, Ukrayna və Gürcüstan arasında azad ticarət razılaşmasına dəyişikliklərin edilməsi barəsində protokolu imzalasın.

Ukrayna İştisadi İnkişaf Nazirliyinin məlumatına görə, dəyişikliklər  Ukrayna və Gürcüstana imkanlar yaradacaqdır ki, ikitərəfli ticarətdə diaqonal kumulasiya effektindən istifadə edilsin.

2019-cu ilin yanvarın birindən Ukrayna, Avropa İttifaqı ilə ticarətdə Pan-Avro-Aralıq Dənizi konvensiyasının istifadəsinə başladı.

Ukrayna mediasının yazdığına görə, Pan-Avro-Aralıq Dənizi konvensiyasına əsasən, Ukraynada produktun istehsalı zamanı, Gürcüstanda xammalın və tərkib elementlərinin əldə edilməsi mümkün olacaq.