Türkiyənin Gürcüstandaki Səfirliyi Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları üçün məlumat yayır
Türkiyənin Gürcüstandaki Səfirliyi Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları üçün məlumat yayır

Türkiyənin Gürcüstandaki Səfirliyi Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları üçün məlumat yayır.

Səfirlik bəyan edir ki, pandemiya şərtlərində Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları (USHAŞ)-a müraciət etməlidirlər.

Bunun üçün isə, pasiyentlərin monitorinq sistemi olan veb-səhifədə – http://covid19st.ushas.com.tr. qeydiyyatdan keçilməlidir.

Hesabı ya pasiyent, ya da onun yaxını açmalıdır.

Qeydiyyat ilə bağlı məlumat bu veb-səhifədə verilir http://www.ushas.com.tr.

Daha sonra, USHAŞ təşkilatı pasiyentlə əlaqə saxlayacaq və Türkiyəyə müalicə üçün qəbul edildiyi haqqında məlumat verəcək.

Türkiyəyə müalicə üçün getmək istəyənlər, Türkiyənin ən yaxın nümayəndəliyinə müraciət etməlidirlər və məqsəd vizasını almalıdırlar.

Pandemiya şərtlərində, gömrük-keçid məntəqələrində USHAŞ-ın dəvət məktubunu təqdim edərək, asanlıqla Türkiyə ərazisinə keçə bilərlər.

Pasiyentin yanında Türkiyəyə sadəcə iki nəfər buraxıla bilər.