Toyvo Klaarın mandatı bir il müddətinə uzadıldı
Toyvo Klaarın mandatı bir il müddətinə uzadıldı

Avropa İttifaqı Şurası Cənubi Qafqaz və Gürcüstanda xüsusi nümayəndənin, Toyvo Klaarın mandatını bir il müddətinə uzatdı. Bu barədə məlumat Avropa İttifaqı Şurasının vebsəhifəsində dərc olunub.

Bəyanatda deyilir ki, Toyvo Klaar Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstanda xüsusi nümayəndəsi funksiyasını 2021-ci il 28 fevrala qədər yerinə yetirəcək.

Toyvo Klaar qeyd olunan vəzifəyə ilk dəfə 2017-ci ilin noyabr ayında təyin edidi.