Mixeil Canelidze Toyvo Klaar ilə tanışlıq xarakterli görüş keçirdi
Mixeil Canelidze Toyvo Klaar ilə tanışlıq xarakterli görüş keçirdi

Xarici İşlər naziri Mixeil Canelidze, Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhranlar məslələri üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Toyvo Klaar ilə tanışlıq xarakterli görüş keçirdi. Görüşdə nazir Toyvo Klaarı vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və gələcəjk fəaliyyətində uğurlar arzuladı.

Mixeil Canelidze Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhranlar məslələri üzrə nümayəndəsi institutu və ümumiyyətcə Rusiya Gürcüstan münaqşəsinin sülh yolu ilə həllində, Aİ-nin mühüm rolunu xüsusilə qeyd etdi.

Görüşdə tərəflər Cenevrə Beynəlxalq danışıqları haqqında və qeyd olunan istiqamət üzrə tərəqqiyə nail olmanın vacibliyindən söhbət etdilər. Abxaziya və Sxinvali bölgələrində təhlükəsizlik, humanitar və insan hüquqları baxımından yaranmış ağır duruma diqqət yetirdilər.