Torpağın sistemli qeydiyyatının yeni mərhələsi başlayır, – bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.
Onun dediyinə görə, torpaq qeydiyyatının növbəti mərhələsi beş munisipalitetə – Tetritskaro, Qardabani, Kareli, Qori və Saqareco munisipalitetinin 28 kəndinə aiddir.
“Bugün bir neçə önəmli məsələ haqqında müzakirə aparacağıq. İlk növbədə torpar sahələrinin sistemli qeydiyyatının yeni mərhələsi başlayır. Bu məsələ önəmlidir çünki, 11 min hektar torpaq sahəsi qaydaya salınmalıdır. Bunun üçün artıq maliyyə vəsaiti də ayrılıb” – dedi Qaxaria.
Baş nazirin dediyinə görə, vətəndaşlar qeydiyyat üçün pul ödəməyəcəklər.
“Faktiki olaraq, vətəndaşlarımız pul xərcləməyəcəklər. Ədliyyə Nazirliyi müvafiq infrastrukturla bu məsələyi həll edəcək. Məlum olduğu kimi, iqtidarın ölkədə torpaq sahələrinin sistemli qeydiyyatının başa çatdırılması üçün üç illik planı var” – dedi Giorgi Qaxaria.