Titus Korlatean - hakim komanda və müxalifətə, eləcə də vətəndaş cəmiyyətinə demək istəyirəm ki, islahatlar üzərində birlikdə işləməyə çalışın, çünki Gürcüstanın yeri Avropa ailəsindədir
Titus Korlatean - hakim komanda və müxalifətə, eləcə də vətəndaş cəmiyyətinə demək istəyirəm ki, islahatlar üzərində birlikdə işləməyə çalışın, çünki Gürcüstanın yeri Avropa ailəsindədir

 

İstər hakim komandadan, istərsə də müxalifətdən olan siyasətçilərə, həmçinin vətəndaş cəmiyyətinə demək istəyirəm ki, zəruri islahatlar üzərində birlikdə işləməyə çalışın, çünki Gürcüstanın yeri Avropa ailəsindədir və Gürcüstan Avropa ölkəsidir-bu barədə Avropa Şurası Parlament Assambleyasında Gürcüstanın Birinci Kanalına Gürcüstan məsələsi üzrə məruzəçi Titus Korlatean açıqlayıb.

O bildirib ki, Qərbi Balkanların və Avropa İttifaqının genişlənməsi ilə bağlı müzakirələr zamanı genişlənmənin zəruriliyindən danışıb.

“Bu həm üzv ölkələr, həm də qoşulmaq istəyən ölkələr üçün çox vacibdir. Mən çıxışımda Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən, məncə, geosiyasi vəziyyəti nəzərə alaraq ilin sonuna kimi namizəd statusu almalı olan Gürcüstandan da danışdım.

Eyni zamanda, bu görülən işlərdən, meyarlardan, islahatlardan asılıdır. Namizəd statusu alan və sonra qoşulan bütün ölkələr bu yolu keçiblər. Bu, mənim ölkəm Rumıniya halında da belə idi. Aİ islahatların gündəliyini müəyyən edib və bu islahatlar Avropa Şurasının yanaşmaları ilə təxminən eynidir. Hesabatımda Gürcüstanın bu çağırışın öhdəsindən necə gəldiyini yazacağam. Müəyyən edilmiş siyasi meyarlara gəlincə, bu, sağlam, güclü demokratiya və Gürcüstanın milli maraqlarına xələl gətirən daha az qütbləşməni nəzərdə tutur.

Eyni zamanda, Avropa gələcəyini həmişə çox yüksək tutan xalqı dəstəkləmək çox vacibdir. İstər hakim komandadan, istərsə də müxalifətdən olan siyasətçilərə, həmçinin vətəndaş cəmiyyətinə demək istəyirəm ki, zəruri islahatlar üzərində birlikdə işləməyə çalışın, çünki Gürcüstanın yeri Avropa ailəsindədir və Gürcüstan Avropa ölkəsidir”-deyə Titus Korlatean bildirib.