Tinatin Berdzenişvili - Treninqin sonunda Conatan Stounmenlə bərabər Birinci Kanalın redaksiya bələdçisini yaratdıq və seçkilərin necə işıqlandırılması gərəkdiyini müzakirə etdik
Gürcüstanın Birinci Kanalına, BBC-nin treneri Conatan Stounmen tərəfindən keçirilən iki həftəlik onlain-treninq bugün başa çatdı.
Treninq çərçivəsində, iştirakçılar seçkilərin işıqlandırılması ilə bağlı müzakirələr apardılar.
Həmçinin redaksiya siyasətinin sənədi işlənildi, hansı ki, seçkilərin doğru formada necə işıqlandırılması məsələlərini də əhatə edir.
“Conatan Stounmenlə bərabər keçdiyimiz bir illik proses başa çatır. Razılaşdıq ki, pandemiya başa çatdıqdan sonra, Conatan Stounmen Gürcüstana gələcək və jurnalistlərimizlə bərabər praktikada işləyəcək. Treninqin sonunda Conatan Stounmenlə bərabər Birinci Kanalın redaksiya bələdçisini hazırladıq və seçkilərin necə işıqlandırılması gərəkdiyini müzakirə etdik” – dedi Gürcüstanın Birinci Kanalının baş direktor vəzifəsinin icraçısı Tinatin Berdzenişvili.
20 ilidir BBC-nin yeni və cari xəbərlər xidmətinin jurnalisti, prodyuseri və redaktoru olan Conatan Stounmen Gürcüstanın Birinci Kanalının jurnalistləri ilə öz təcrübəsini paylaşdı.
Conatan Stounmen hazırda BBC World Service-in treninq-mərkəzinin rəhbəri oldu və Stonepeople Media şirkətini idarə edir.