Tinatin Berdzenişvili - Kimsəyə izin verməyəcəm ki, Birinci Kanalı özünü müdafiyə edəcək vəziyyətə salsın, hər bir jurnalistin arxasında duracam

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvilinin bəyanatına görə, hərhansı forma ilə zorakılıq qeyri-məqbuldur və həmçinin jurnalistə peşə vəzifəsini yerinə yetirərkən hücum etmək də qeyri-məqbuldur.

Berdzenişvilinin bəyanatına görə, əməkdaşlarının hüquqlarının qorunması üçün Gürcüstanın Birinci Kanalı hüquqi yollara müraciət edəcək.

“Birinci Kanal əməkdaşlarını qorumaq üçün qanuni yollara müraciət edəcək və suçlunun cəzalandırılmasına nail olacaq. Yenə bir məsələyə diqqət yetirmək istəyirəm. Dünən bizim jurnalistlərimiz hücum və tənqid obyekti oldular. Onlara şər atıldı ki, güya zərər görən jurnalist həmkarlarına yardım etmədilər. Biz fiziki zərər görən hər bir jurnalistə həmrəyliyimizi bildirirk, ancaq bu ittiham yalandır və medyaya siyasi motiv qatmaqdır. İctimai Yayımçının jurnalistləri hər zaman hücum və tənqid obyekti olmamalıdırlar. Mən kimsəyə izin verməyəcəm ki, Birinci Kanalı özünü müdafiyə edəcək vəziyyətə salsın. Biz hüquqi yollara müraciət edəcəyik və televiziya sahibindən asılı olmayan, hər zaman neytral və obyektiv olan jurnalistlərimizi qorumaq üçün əlimizdən gələni edəcəyik” – dedi Tinatin Berdzenişvili.

Xatırladaq ki, dünən Marneulidə “Gürcü Arzusu” və “Milli Hərəkat” aktivistləri arasında fiziki qarşıdurma baş verdi.

İnsindent zamanı bir neçə jurnalist və operator zərər gördü və kameraları qırıldı.

Zərər görənlər arasında Birinci Kanalın operatoru da var idi.

Faktla bağlı istintaq aparılır.