Tinatin Berdzenişvili İctimai Yayımçının Qəyyumlar Şurasına "Moambe"-nin seçkiqabağı monitorinq hesabatını təqdim etdi
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili İctimai Yayımçının Qəyyumlar Şurasına xəbərlər buraxılışı “Moambe”-nin seçkiqabağı monitorinq hesabatını təqdim etdi.
Birinci Kanalın baş direktorunun dediyinə görə, İctimai Yayımçı seçkiqabağı monitorinqi üçün çoxdan hazırlaşırdı.
Monitorinqin saylı göstəriciləri subyekt üçün ayrılan efir vaxtını və işıqlandırma tonunu əhatə edir (Müsbət, Mənfi, Neytral).
Monitorinq xüsusi ilə hazırlanan proqramla aparılır. Məlumatın işlədilməsini müxtəlif platformalarda və verlişlərin spesifikasından irəli gələrək, hazırlanan monitorlar təmin edir.
Göstəricilər beynəlxalq təşkilatların praktikasına müvafiq şəkildə hesablanır.
Seçki subyektindən başqa, hesabata Gürcüstan iqtidarının, prezidentin, yerli özünü idarəetmələrin, mərkəzi seçki komisiyasının, beynəlxalq təşkilatların və qeyri-hökümət sektorunun fəaliyyətinin işıqlandırılmasının nəticələri də daxildir.