Tibbi maska taxmamağın cəriməsi 50 lari əvəzinə 20 və ya 30 lari olacaq
Tibbi maska taxmamağın cəriməsi 50 lari əvəzinə 20 və ya 30 lari olacaq

Tibbi maska taxmayan şəxs 50 lari əvəzinə 20 və ya 30 lari ilə cərimələnəcək – bu barədə bəyanatı parlament əksəriyyətinin üzvü Anri Oxanaşvili verdi.

Onun dediyinə görə, əksəriyyət üzvlərinin mövqeyi belədir ki, 50 lari müəyyənləşdirilmiş cərimə məbləği  olmasın.

“Cərimənin 20 və ya 30 lari olması ehtimal olunur. Koronavirusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlarda tibbi maskanın taxılması məcburi olacaq. Fiziki şəxslər üçün maska taxmamaq cəriməsinin 50 lari, hüquqi şəxslər üçün isə, 500 lari olması ilə bağlı müzakirələr aparılırdı” – dedi Anri Oxanaşvili.