The Telegraph - Pandemiyaya qarşı xeyriyyəçilər siyahısında Bidzina İvanişvili ən iri donordur

Bidzina İvanişvili gürcü biznesmeni və 2012-2013-cü illərdə, sabiq Sovet İttifaqı respublikasının baş naziri, COVID-19-la mübarizədə dünyada aparıcı donordur, – bu barədə The Daily Telegraph nəşriyyatı “Keçmişdə zavod işçisi bugün COVID-19-la mübarizədə, dünyanın ən böyük donorlarından biridir” – başlıqlı məqalədə yazır.

Məqalənin müəllifi qeyd edir ki, İvanişvili 30 milyon dollarlıq yardım ayırıb.

“Dünyanın bəzi filantropları tərəfindən altı və yaxud yeddi rəqəmli donor yardımlarına baxmayaraq, ən böyük donor, bu günə qədər haqqında heçnə bilmədiyiniz bir milyarderdir. O gürcü biznesmeni Bidzina İvanişvilidir, hansı ki, 2012-2013-cü illərdə sabiq Sovet İttifaqı respublikasının baş naziri olub.

64 yaşlı maqnat hansının mülkiyyəti Gürcüstanın tam daxili məhsulunun üçdə birini təşkil edir, 30 milyon dollarlıq donor yardımı ayırıb, hansı ki, 3,9 milyon əhalisi olkan ölkədə, bir nəfər üçün 7.51 dolları təşkil edir” – yazır məqalənin müəllifi Kamilla Tominei.

Müəllifin dediyinə görə, Forbese-ə görə, donorlar siyahısında ikinci yerdə Avstraliyalı biznesmen Endryu Forestdir, o 25,5 milyon dollar ayırdı. Yəni bir vətəndaşa 3,93 dolar gəlir.

Üçüncü yerdə Twitter-in təsisçisi Cek Dors idi, hansının milyard dollarlıq qatqısı bir nəfər üçün 3,01 dollar edir.

Microsoft-un təsisçisi Bill Geits və həyat yoldaşı Melinda, 255 milyon dollarla siyahıda doqquzuncu yerdədilər.

Onlardan sonra isə, Amazon-un təsisçisi Cef Bezos və Dell Inc şirkətinin sahibi Maikl Del gəlirlər (100-100 milyon dollar).

Məqalənin müəllifi qeyd edir ki, ən iri donorlar olaraq, öz mülkiyyətlərinə bərabər olan məbləği ayıran milyarderlər hesab edilirlər.

Məqalədə qeyd olunur ki, Bidzina İvanişvili öz xeyriyyəçiliyi ilə, illərdir gürcü ictimaiyyətinə, mədəniyyətinə və Gürcüstan dövlətinə yardım edir.

COVID-19 pandemiyası ilə mübarizədə isə, Bidzina İvanişvili, təhlükə qarşısında qalan gürcü əhalisinə öz dəstəyini bir daha göstərdi” – deyib Daily Teleqraf nəşriyyatına Gürcüstanın baş naziri Giorgi Qaxaria.