Tenqiz Tsertvadze - Siyasi prosesləri dayandıra bilmərik, ancaq requlyasiyaları qoruya bilərik, tibbi maskanın nəyə zərəri ola bilər axı
Tbilisi İnfeksiya Xəstəxanasının Patologiya və AİDS mərkəzinin rəhbəri Tenqiz Tsertvadzenin bəyanatına görə, aksiyaya gedən insanlar mütləq requlyasiyaları qorumalıdırlar.
Onun dediyinə görə, epidemioloqlar tərəfindən verilən tövsiyyələri nəzərə almayan və tibbi maska taxmayan insanlar istəmədın də olsa, digərlərinə infeksiya ötürəcəklər və özü də virusun qurbanı ola bilər.
“Siyasi prosesləri dayandıra bilmərik, təbii ki, ölkədə sakitik olsa və aksiyalara ehtiyac qalmasa yaxşı olardı. İctimaiyyətin bir hissəsinin tələbidir ki, aksiyalar keçirilsin. Biz siyasi proseslərə mane ola bilmərik. Sadəcə olaraq, xahiş edirik, aksiyada olan insanlar elementar requlyasiyaları qorusunlar.
Bununla ifadə azadlığı məhdudlaşmır. Tibbi maska heçnəyə zərə verə bilməz. Hətta onu deyə bilərəm ki, tibbi maska taxmayanlar qəsdlə çalışırlar ki, infeksiya sayları artsın və yayılsın. Halbuki, düşünmürlər ki, sabah infeksyanın qurbanı özləri və ailə üzvləri ola bilərlər” – dedi Tenqiz Tsertvadze.