Tenqiz Tsertvadze - Koronavirusun ciddi şəkildə artan halları ilə hələlik müvəffəqiyyətlə baş edə bilirik
500-dən, 600-ə qədər koronavirus hallarını idarə edirik və vəziyyət nəzarət altındadır, ancaq 700-900 və yaxud 1500 haldan sonra vəziyyətin necə olacağını bilmək çox çətindir, – bu barədə bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze verdi.
Tsertvadze bu bəyanatı jurnalistlərin “epid-vəziyyətin nə zaman kontrol altından çıxacağı ilə bağlı” suallarına cavab olaraq, verdi.
Onun dediyinə görə, Gürüstanda koronavirus hallarının ciddi artmasına baxmayaraq, hələlik epidemioloji vəziyyət nəzarətə tabedir və müvəffəqiyyətlə idarə edilir.
“500-dən 600 hala qədər, vəziyyət nəzarətə tabedir, ancaq gündə 700-900 və 1500 hal olduqdan sonra, nə olacağını bilmək çətindir. Fakdır ki, koronavirusun artan hallarını hələlik müvəffəqiyyətlə idarə edə bilirik. Yenə deyirəm, klinikada qalmayan, heç bir pasiyent testsiz, həkimin müşahidəsindən kənarda qalmayıb” – dedi Tenqiz Tsertvadze.