Tenqiz Tsertvadze - Covid xəstəliyinin tez zamanda ağırlaşa bilmə tendensiyası müşahidə olunur

Bizdən iki dəfə balaca olan Ermənistanda koronavirusdan 1 100 həlak olan var, bizdə isə, Ermənistandan iki dəfə böyük olduğumuz halda, covid-19-dan 98 nəfər həlak olub, – bu barədə bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze jurnalistlərə verdi.

Koronavirusdan həlak olan pasientlər haqqında danışarkən, Tsertsvadze qeyd etdi ki, covid-19-dan həlak olanlar statistikasında küçük artım müşahidə olunur.

“Doqquz nəfər həlak olanlar haqqında “rekord göstəricisi” terminindən istifadə etmək relevant deyil. Bu elə xəstəlikdir ki, ölüm halları qaçınılmazdır. Bizdən iki dəfə balaca olan Ermənistanda 1 100 həlak olan var, bizdə isə 98-dir, bir nəfərlə artıq və ya əksik statistik cəhəddən qərar verici deyil.

Ən gənc həlak olan vətəndaşımıızn yaşı 43-dür. İndi necə bir tendensiya müşahidə olunur bilirsiniz? Yan xəstəlikləri olan pasientin vəziyyəti koronavirus zamanı qəflətən pisləşə bilər. İnsan tromboflebal ağırlaşmadan, ürək dayanmasından və digər patologiyadan vəfat edə bilər” – dedi Tsertsvadze.

Tsertsvadzenin dediyinə görə, ölkədə elə hallar da olub ki, pasientin yan xəstəliyi olmayıb və o sadəcə koronavirusdan həlak olub.