Tenqiz Tsertsvadze - vəzifəmdə qalıram
Tenqiz Tsertsvadze - vəzifəmdə qalıram

 

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadzenin sözlərinə görə, o, vəzifəsində qalır. Tsertsvadze bu barədə Gürcüstanın Birinci Kanalının “Moambe” xəbər proqramında bildirib.

Tsertsvadze Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru vəzifəsində qalıb-qalmayacağı ilə bağlı ünvanlanan suala cavabında qalacağını bildirib.

Tsertsvadzenin sözlərinə görə, o, cəmiyyətdən qeyd-şərtsiz dəstək hiss edib.

“Bəli, qalıram. Məni bu bəyanatın emosional olduğunu düşünməyə vadar edən, iş və ölkə üçün qalmağımın ola bilsin daha yaxşı olacağına inandıran reaksiyanın çox maraqlı olmasıdır. Əgər əvvəldən bütün ölkənin mənə qarşı olduğunu düşünürdümsə, sonradan gördüm ki bu cəmiyyətin çox kiçik hissəsidir, o qədər kiçik bir hissə ki, bu yanaşma və oxşar qiymətləndirmələri heç bir yerdə, nə işdə, nə də məişət şəraitində hiss etmədim. Mən cəmiyyətin birmənalı və qeyd-şərtsiz dəstəyini hiss etdim, düşündüm ki, işimi mən deyil, bu insanlar tərk etməlidirlər” -deyə Tsertsvadze bildirib.