"Teleimedi" kanalına hücüm faktı ilə bağlı Erekle Kodua məsuliyyətə cəlb olundu
"Teleimedi" kanalına hücüm faktı ilə bağlı Erekle Kodua məsuliyyətə cəlb olundu

Gürcüstan prokurorluğunun apardığı istintaq nəticəsində, 2007-ci ilin, noyabrın ayında “İmedi” kanalına qeyri-qanuni hücum faktı ilə bağlı, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat Departamentinin sabiq direktoru Erekle Kodua, iş səlahiyyətlərindən siustifadə etmək ittihamı ilə, məsuliyyətə cəlb olundu.

Bu barədə məlumat prokurorluqda bugün keçirilən brifinqdə verildi.

Xüsusi Əməliyyat Departamentinin sabiq direktoru Erekle Kodua, Gürcüstanda deyil və istintaq idarəsinə gəlib, istintaqla əməkdaşlıq etməkdən imtina etdiyinə görə, ona qarşı, özünün iştirakı olmadan, Gürcüstanın Cinayət Məcəlləsinin 333-cü maddəsinin, 3-cü hissəsinin “b” altmaddəsinə əsasən, cinayət işi qaldırıldı.

İctimaiyyətə xatırladırıq ki, qeyd olunan şəxs həmçinin sabiq deputat valeri Gelaşvilinin döyülməsi ilə bağlı ittiham edilir və onun üçün 9 il həbs cəzası tələb olunur.

2007-ci ilin noyabrın 7-də baş verən hadisələrlə və onların arasında “Teleimedi” kanalına hücum ilə bağlı, Gürcüstan prokurorluğu istintaqı davam etdirir” – deyilir prokurorluğun bəyanatında.