Texniki inspeksiya bütün avtopark üçün məcburi olub
Texniki inspeksiya bütün avtopark üçün məcburi olub

2019-cu ilin yanvarın 1-dən Texniki inspeksiya bütün avtopark üçün məcburi oldu.

Motorunun 3 min kub sanimetrdən kiçik olan minik avtomobillər də texniki yoxlanışdan keçməlidirlər.

Əgər minik avtomobilin qeydiyyat tarixi 2013-cü ilin 28 oktyabrıdırsa, nəqliyyat vasitəsi texniki inspeksiyadan 2019-cu ilin 28-nə qədər keçməlidir.

Minik avtomobilin texniki yoxlanış qiyməti 60 laridir, yük və yolcu avtonəqliyyatının isə, 100 lari.

Eyni inspeksiya mərkəzində ikinci texniki yoxlanış isə, pulsuzdur.

Aşkarlanan texniki yolsuzluqlarını düzəltməyən avtomobil sahibi 50 lari ilə cərimələnəcək.

Hüquqi şəxslər üçün isə, sanksiya 200 lari olacaq.

Texniki yoxlanış vaxtını www.pti.ge-veb səhifəsindən seçmək olar.

İstəyən hərkəs, qeyd olunan səhifədə qeydiyyatdan keçə bilər və istədiyi yoxlanış mərkəzinə gedə bilər.

Həmçinin, maraqlanan şəxslər 1484 qaynar xəttinə də zəng edə bilərlər.