İstintaq xidməti texniki inspeksiya mərkəzlərinin yeddi əməkdaşını məsuliyyətə cəlb etdi

Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları, həyata keçirdikləri operativ-axtarış tədbirləri nəticəsində komersial rüşvət və buna göz yummaq faktları ilə bağlı avto-nəqliyyatın texniki inspeksiya mərkəzlərinin yeddi əməkdaşını həbs etdilər.

İstintaq nəticəsində məlum oldu ki, Kutaisi, Tsxaltubo və Mtsxeta şəhərlərində yerləşən ilkin texnki inspeksiya mərkəzlərinin işçiləri texniki olaraq, pis vəziyyətdə olan avtomobillərə müsbət dəyərləndirmə sənədi verirdilər.

İdarənin məlumatına görə, istintaq Tbilisi şəhərində, Sameqrelo-Zemo-Svaneti və Kaxeti regionunda davam edir.