Mayın 17-də paytaxtın müəyyən küçələrində yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Mayın 17-də paytaxtın müəyyən küçələrində yol hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Ailənin Müqəddəsliyi Günü ilə əlaqədar olaraq, mayın 17-də Rustaveli prospektindən Üçlük kafedral məbədinə qədər yürüş keçiriləcək, bu səbəbdən də paytaxtın müəyyən küçələrində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Yürüş saat 11:00-da Kaşveti məbədinə bitişik ərazidən başlayacaq.

Tbilisi Meriyasının məlumatına əsasən, saat 08:00-dan 14:00-a qədər Qia Canturia küçəsində, Rustaveli prospektinin kəsişməsindən Azadlıq meydanına qədər olan yol hissəsində, eləcə də Barataşvili körpüsündə və Barataşvili yoxuşundan Avlabari meydanına qədər avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Onların məlumatına əsasən, Rustaveli prospektindən Mtatsmindanın digər küçələrinə Tarxnişvili, Covelidze, Zandukeli küçələrindən keçməklə və sonra Barnovi, Qoqebaşvili, Mağaşvili və Kakabadze Qardaşları küçələrindən istifadə etməklə getmək mümkün olacaq. Melikişvili prospektinə və “Rustaveli” metro stansiyasının ərazisinə Qriboedov, Mağaşvili, Barnovi, Zandukeli və Şanidze küçələrindən keçməklə getmək mümkün olacaq.

“Rustaveli” metro stansiyasına bitişik ərazidən Azadlıq meydanına doğru hərəkət edən avtomobillər Rustaveli prospektində Canturia küçəsinin kəsişməsinə qədər hərəkət edə biləcəklər, oradan isə sola dönməklə Canturia və Soliko Virsaladze küçələrindən keçməklə Kür çayının sağ sahilinə çıxa biləcəklər.

Azadlıq meydanında yol hərəkətinin məhdudlaşdırıldığı dövrdə avtomobillərin hərəkəti Barataşvili körpüsündəki pandusa qədər və Rustaveli prospekti tərəfdən Canturia küçəsinə qədər mümkün olacaq. Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq. Rustaveli prospektində hərəkətə Canturia küçəsinə qədər icazə veriləcək. Hərəkət, L. Ukrainka, A. Corcadze, Z. Cicinadze, 9 Aprel, A. Purtseladze və L. Qudiaşvili küçələrində də məhdudlaşdırılacaq” – Tbilisi Meriyasının məlumatında deyilir.