Təhsil Nazirliyi - Müəllimlərin icbari testləşdirilməsi bütün ölkə miqyasında intensiv şəkildə davam edir

Gürcüstanın ümumi təhsil müəssisələrində, özəl və ictimai məktəblərdə müəllimlərin və administrasiya personalının icbari testləşdirilməsi bütün ölkə miqyasında intensiv şəkildə davam edir.

Bu haqda məlumat Təhsil Nazirliyi tərəfindən yayılan bəyanatda verilir.

İdarədə qeyd edirlər ki, testləşdirmə prosesini tamamən hökümət təmin edir.

Testdən keçməsi lazım olan şəxsləri məktəb administrasiyası https://labour.moh.gov.ge/, səhifəsində qeydiyatdan keçirir.

Xatırladaq ki, idarələrarası koordinasiya şurasının qərarı ilə, fevralın 15-dən təhsil prosesi məktəblərdə davam edəcək və beşinci sinifdən yuxarı olan şagirdlər dərs zamanı da tibbi maska taxacaqlar.