Təhsil nazirinin müavini peşə kollecini ziyarət edərək,xüsusi təhsilə ehtiyyac duyan tələbələr üçün  mövcud proqramlarla  tanış olub
Təhsil nazirinin müavini peşə kollecini ziyarət edərək,xüsusi təhsilə ehtiyyac duyan tələbələr üçün  mövcud proqramlarla  tanış olub

 14 İyun- Fiziki Məhdudiyyətli Şəxslərin Hüquqlarının Müdafiəsi Günüdür. Bu münasibətlə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Tamar Kitiaşvili “Spektri” peşə kollecini ziyarət edib  , kollecin xüsusi təhsilə  ehtiyyac duyan   tələbələri ilə  görüşüb  və onlar  üçün mövcud olan təhsil proqramları və vasitələri  ilə şəxsən tanış olub. Məlumatı Gürcüstan Təhsil Nazirliyinin mətbuat xidməti yayıb.

Onların verdiyi məlumata  görə, Tamar Kitiaşvili Spektri ziyarət edərkən , peşə kollecləri tərəfindən xüsusi təhsilə ehtiyyacı olan və fiziki məhdudiyyətli şəxslərin , peşə təhsilinə cəlb edilməsi  və qoşulması  üçün həyata keçirdikləri  tədbirlərin çox vacib olduğunu vurğulayıb.

 Təhsil Nazirliyindən  qeyd edilir  ki, bu gün Gürcüstanda peşə təhsili , fiziki məhdudiyyətli şəxslər  və xüsusi təhsilə ehtiyyı olan şəxslər üçün eyni dərəcədə əlçatandır.

“Gürcüstan Parlamenti 14 iyun tarixini -Fiziki Məhdudiyyətli Şəxslərin Hüquqlarının Müdafiəsi Günü olaraq   2000-ci ildə elan edib. Bu günün məqsədi, fiziki məhdudiyyətli şəxslərin   sosial təcridini aradan qaldırmağa, cəmiyyətdə  onlara yönəlik mövcud  stereotipləri qırmağa  və onların  əsl potensialını göstərməyə xidmət edir.

  Xatırlatmaq istərdik ki, peşə təhsili  proqramlarına qeydiyyat cari ilin may ayının 20-də başladıldı  və avqustun 10-da daxil olmaqla davam edəcək”-deyə Gürcüstan Təhsil Nazirliyinin açıqlamasında bildirilir.

 

 

 Hazırladı-Sevinc Mustafayeva