Təhsil islahatı çərçivəsində pensiya yaşına çatan praktikaçı müəllimlər üçün pul mükafatının verilmə qaydası təsdiqləndi
Təhsil islahatı çərçivəsində pensiya yaşına çatan praktikaçı müəllimlər üçün pul mükafatının verilmə qaydası təsdiqləndi

Təhsil islahatı çərçivəsində pensiya yaşlı praktikaçı müəllimlər üçün pul mükafatının verilmə qaydası təsdiqləndi.

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına görə, “müəllimlərin inkişafı və karyera irəliləyişi sxeminə” müvafiq dəyişikliklər əlavə edildi və təhsil islahatı çərçivəsində, çox sayda nəsil yetişdirən, əməkdar və pensiya yaşına gələn və öz istəyi ilə müəllim vəzifəsindən kənarlaşan müəllimlər üçün 2019-cu ildə pul mükafatı olaraq iki ilin yekun maaşı veriləcək.

Bu formatla dövlət pensiya yaşına çatan müəllimlərə ümumi məktəb tarixinə etdiyi qatqı və əmək üçün təşəkkürünü bildirir.

Pul mükafatını almaq üçün müraciət edən müəllim pensiya yaşına 2019-cu ilin 31 dekabrına qədər çatmalıdır.

Pul mükafatının həcmi praktikaçı müəllimin maaşına görə hesablanacaq.

Pul mükafatı 2019-cu ilin ərzində veriləcək.