Təhsil sistemində hansı yeniliklər olacaq

13:51, 06.02.2019

Təhsil sistemində kompleksli islahat həyata keçiriləcək, hansı ki, məktəb öncəsi, ümumi məktəb və həmçinin, professiyonal təhsil istiqamətlərində bir çox dəyişiklikləri nəzərdə tutur.

Təhsil Nazirliyinin məlumatına görə, islahat çərçivəsində, 2021-2023-cü illər üçün Təhsil Nazirliyi tərəfindən hazırlanan, məktəb hazırlıq proqramları və yeni təhsil resursları Gürcüstanın bütün şagirdləri üçün təmin ediləcək.

Həmçinin, nazirliyin məlumatına görə, birinci sinif şagirdlərinin net-bukları yeni təhsil resurlsları (Minecraft Education Edition, Scratch və sairə) ilə təmin ediləcək.

el.ge –  veb-səhifəsi inkişaf edəcək, hansında təhsil sisteminin bütün resursları təqdim ediləcək.

Bununla yanaşı, 2018-2019-cu tədris illərində 11-ci və 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları aradan qaldırıldı.

Həmçinin, 2020-ci ildən qəbul imtahanları üç fəndə keçiriləcək: gürcü və xarici dil. Üçüncü fən isə, müvafiq ali məktəbin proqram tələbi ilə müəyyənləşdiriləcək. Texniki fakultə üçün – riyaziyyat, humanitar fakultə üçün isə, tarix tapşırılacaq.

Həmçinin, islahat çərçivəsində, müəllimlər üçün kredit-bal sistemi ləğv olunacaq.

2019-cu ildə, Tbilisi və regionlarda 9 yeni məktəb tikiləcək. 265 məktəbdə isə, reabilitasiya işləri aparılacaq.

Təhsil Nazirliyi bəyan edir ki, islahat bütün istiqamətlərdə kompleksli və inter-dissiplinar yanaşmayı nəzərdə tutur, hansı ki, təhsil sisteminin tam transformasiyasını təmin edəcək.

Oxşar